CƏMİYYƏT
Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var
Hadisə Bakı-Qazax yolunun Kürdəmirin Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə minik maşını Bakı istiqamətində hərəkətdə olarkən qarşısında hərəkətdə olan yük maşınına çırpılıb. Nəticədə, minik maşınında olan sərnişinlər Bakı sakinləri 1964-cü il təvəllüdlü Əliyev Cavid Tahir oğlu və 1 yaşlı körpə Babayeva Aysun Xəyal qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar .Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq bir yaşlı Aysun Babayevanın həyatını xilas etmək mümkün olmayıb. Onun meyidi isə aidiyyatı üzrə təhvil verilib. Digər xəsarət alan sərnişin isə Ucar rayon Mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.