Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilər Los-Ancelesdə təxribata əl ataraq Azərbaycan Konsulluğunun girişini bağladı

14.08.2023 [16:07]

Ermənilər yenidən təxribata əl atıblar. Los-Ancelesdəki erməni icması Azərbaycan konsulluğunun qarşısına toplanaraq Konsulluğun girişini bağlayıblar. Onlar Azərbaycanın Laçın yolunu açması, Xankəndində yaşayan erməni sakinlərin blokadadan çıxarılması kimi absurd şüarlar səsləndirərək, yalan tələblər irəli sürüblər.