Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağdakı yaylaqlara 3 700 qoyunçuluq və arıçılıq təsərrüfatı köçürülüb

16.08.2023 [15:00]

Xəbərin mətni

Bu il işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara rekord sayda arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçürülməsi təmin edilib. Mövsüm ərzində 3700-ə yaxın təsərrüfat Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçir.