CƏMİYYƏT


Piyada keçidində aparılan təmir-bərpa işləri davam edir

Xocəsən–Lökbatan avtomobil yolunun piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci kilometrdə yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri davam edir.