CƏMİYYƏT
Yerli pambıq sortlarının davamlılığı öyrənilir
Beyləqan rayonunda yerləşən Mil Təcrübə Stansiyasında “Yerli və introduksiya olunmuş pambıq sortlarının quraqlığa, xəstəliklərə və şoranlığa davamlılığı” mövzusunda seminar görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar görüşdə Kənd Təsərrüfatı Nazirliyinin və Elmi-Tədqiqat İnstitutunun, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin nümayəndələri, pambıqçılıq şirkətləri, mütəxəssislər və fermerlər iştirak ediblər. Seminarın əsas məqsədi təcrübə stansiyasında becərilən həm yerli, həm də introduksiya olunan pambıq sortlarının müqayisəli şəkildə qiymətləndirilməsi və yerli şəraitə uyğun pambıq sortlarının seçilməsidir. Eyni zamanda daha məhsuldar və xəstəliklərə dözümlü olmaqla lif çıxımı yüksək olan pambıq toxumları ilə fermerlərin təminatının əlçatanlığını reallaşdırmaqdır.