Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Kürdəmirdə ağır yol qəzası: ölənlər var

17.08.2023 [10:39]

 Kürdəmirdə ağır yol qəzası baş verib,ölənlər var. Hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə minik avtomobilinin sürücüsü Laçın rayon sakini 64 yaşlı Qarayev Yaşar Əli oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobildə olan sürücü  Yaşar Qarayev və sərnişin Laçın rayon sakini 59 yaşlı Xanalıyev Vidadi Sabir oğlu su kanalında  boğularaq ölüblər. Hadisədən sonra dərhal aidiyyatı qurumların əməkdaşları xususi texnika ilə avtomobili sudan çıxarıblar. Ölənlərin meyidləri avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Qeyd edək ki, dünyasını dəyişənlər sürücü və sərnişin Laçın rayonundan gəlib Bakı şəhərinə gedirlərmiş. Hazırda faktla bağlı araşdırma aparılır.

--