CƏMİYYƏT


Cəlilabadda günəbaxan sahələri genişləndirilir

Cəlilabadda günəbaxan əkən fermerlər məhsulun sahələrdən tədarükünə başlayıb. Bu mövsüm rayonda günəbaxan sahələri 70 hektara qədər artırılıb.
AZƏRTAC xəbər verir ki, Cəlilabadda iqlim və torpaq şəraitinə uyğun olaraq sənaye əhəmiyyətli bitkilər içərisində günəbaxanın müstəsna yeri var. Rayonun bir neçə kəndində bu strateji məhsulun istehsalına hər il maraq göstərilir. Son illər suvarma suyuna tələbatı tam ödənilmədiyi üçün rayonda günəbaxan əkininə maraq azalsa da, istehsalçılar bu mövsüm əkin sahələrini 140 hektardan 210 hektara çatdırıb.