Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Onları ermənilər evin içində yandırıb, döyərək ağır işgəncələr verib, ağacdan asıb və ya güllələyiblər

18.08.2023 [17:54]

Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair belə bir faktlar da var ki, qarşı tərəf qəfildən hücum edən zaman yataqda olan xəstə, ahıl insanlar evlərini tərk edə bilməyib. Əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələrinə əsasən, onları ermənilər evin içində yandırıb, döyərək ağır işgəncələr verib, ağacdan asıb və ya güllələyiblər.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.