CƏMİYYƏT
Şəkidə avtomobil ağaca çırpılıb, üçü azyaşlı olmaqla dörd nəfər ölüb
Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun, Şəkinin Köbər Zəyzid kəndindən
keçən hissəində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.
Şəki şəhər sakinin 34 yaşlı Nicat Mirzəyevin idarə etdiyi “Mersedes” markalı
avtomobildə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq
qoşa palıd ağacına dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından
mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Qəza zamanı avtomobildə sürücü
daxil beş nəfər olub. Nəticədə sürücü və 3 nəfər hadisə yerində keçinib. Daha bir
nəfərin vəziyyəti ağır- kritik qiymətləndirilir.
Qəzadan sonra hadisə yerinə Təcili Tibbi Yardım cəlb edilib. Meyitlər və yaralılar
morqa və Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
FHN xilasediciləri avtomobildə sıxılı qalan üç nəfəri xilas edərək müvafiq olaraq
həkim briqadasına təhvil verib.
İlkin məlumatlara görə avtomobildə olanların hamısı bir ailənin üzvləridir.
Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan
şəxslərin kimliyi dəqiqləşdirilir.