CƏMİYYƏT


Balakəndə dəhşətli hadisə: Sürücü yanaraq öldü

Dəhşətli hadisə rayonun Qullar kənd inzibati ərazisindəki avtomobil yolunda baş
verib. 1988-ci il təvəllüdlü Tülü kənd sakini Aruz Dinavasovun idarə etdiyi
“Daewoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın idarəetmədən
çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobil yanmağa
başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqaladə Hallar
Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və
şəxsi heyəıtləri cəlb edilib.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Yanğın kəşfiyatı
zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan 34 yaşlı sürücü Aruz
Dinavasovun yanan meyiti aşkar edilib.