CƏMİYYƏT
Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutulub
21.08.2023 [12:24]
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində Maştağada yaşadığı evin zirzəmisində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan qəsəbə sakini Zaur Quliyev saxlanılıb. Evə baxış zamanı Zaur Quliyevin kultivasiya etdiyi çəkisi 11 kiloqram olan 96 ədəd çətənə kolu aşkar olunub. Araşdırma zamanı saxlanılan şəxsin çətənə bitkilərini yetişdirmək üçün zirzəmidə xüsusi havalandırma, işıqlandırma sistemi yaratdığı və oranı ultrabənövşəyi şüalarla təmin etdiyi məlum olub. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb.
27.09.2023 [12:39]
25.09.2023 [21:50]
25.09.2023 [19:02]
27.09.2023 [14:47]
27.09.2023 [14:07]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
23.09.2023 [10:23]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
27.09.2023 [16:39]
27.09.2023 [15:57]
27.09.2023 [15:29]
27.09.2023 [15:14]
13.09.2023 [12:42]