Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzuli rayonuna geri qayıdan sakinlərə ANAMA maarifləndirmə təlimi keçib

21.08.2023 [20:18]

Keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə köç edən 23 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçib. Ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib. Həmçinin, sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırış edilib.