Azərbaycan Dövlət İnformasiya Agentliyi

30 illik həsrət bitdi: Daha 23 ailə Füzuliyə qayıtdı

22.08.2023 [17:42]

Xəbərin mətni

Bu gün Bakıdan Füzuli şəhərinə yola salınan növbəti köç karvanı ünvanına çatıb. Beləliklə, 23 ailə olmaqla 89 Füzuli sakini doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.