Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yolunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib
22.08.2023 [18:21]
Xəbərin mətni
Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin xidməti ərazisi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 35-40-cı kilometrində 8500 ədəd şam ağacı və digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Belə ki, torpaqda yumşaltma işləri aparılıb, alaq otları və kollar sahədən götürülüb, yaşıllıqlar suvarılıb və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizə üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri icra olunub.