Xocasəndə yanğın baş verib
22.08.2023 [19:38]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 m² sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 m²-i yanıb. Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqda yerləşən fərdi yaşayış evləri və təkər satışı məntəqəsi yanğından mühafizə olunub.