CƏMİYYƏT


Ağsu rayonunda meşə yanğınının söndürülməsi üçün işlər davam etdirilir

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.