CƏMİYYƏT
Şuşada kütləvi məzarlıqdan tapılan şəhidin cənazəsi torpağa tapşırıldı
23.08.2023 [18:17]
Otuz bir il əvvəl Şuşada - Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Məhərrəm Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhid Məhərrəm Abbasov hərbi ənənələrə uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, şəhidin məzarına tər güllər düzülüb, əklil qoyulub. Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.