Azərbaycan Dövlət İnformasiya Agentliyi

31 il sonra tapılan Şamaxı şəhidi dəfn olunub

23.08.2023 [19:41]

Xəbərin mətni

Şuşanın Daşaltı kəndində vuruşaraq 1992-ci il yanvarın 26-da itkin düşən 1969-cu il 22 sentyabr təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun cəsədinin qalıqları bu gün Şamaxı şəhərinə gətirilib.
AZƏRTAC xəbər verir ki, şəhidin cənazəsini şəhərin girişində Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri, qazilər, hərbçilər böyük izdihamla qarşılayıblar.