CƏMİYYƏT


İsti havalar meyvə bağlarına necə ziyan vurur?

Son zamanlar ölkə ərazisində havaların isti keçməsi kənd təsərrüfatına da təsirsiz ötüşmür. İntensiv istilər bir çox ekoloji problemlərin yaranmasına gətirib çıxarır. Günəş şüalarına və yüksək temperatura məruz qalan meyvələrin yetişmə mövsümünün qızğın çağında gün yanığına düçar olması məhsuldarlığın da aşağı düşməsinə səbəb olur.