Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdaşda zibili ya yerə atırlar, ya da ağacdan asırlar

24.08.2023 [16:19]

Ağdaşın mərkəzi küçə və prospektlərində şəhərin təmizliyi üçün kifayət qədər zibil qablarınınolmaması sakinləri çətin duruma salıb. Gündəlik istifadə edilən qida məhsullarının qalıqları, həmçinin digər əşyalar müxətlif ərazilərə səpələnib, bu da şəhərin estetik görünüşü ilə yanaşı, eyni zamanda pis qoxunun ətrafa yayılması ilə nəticələnir.