CƏMİYYƏT


98 yaşlı Nərgiz nənə doğma Laçında

Laçın şəhərinin 98 yaşlı sakini Nərgiz Xəlil qızı Əsədova 30 illik ayrılıqdan sonra doğma yurda qayıdıb. Artıq bir aydan çoxdur ki,  o, şəhərdəki bərpa olunmuş evində yaşayır. Laçını daha da abad görməsindən böyük sevinc və qürur hissi keçirir. Buradakı yeni həyatından, onlar üçün yaradılmış şəraitdən razılıq edən Nərgiz nənə dövlətimizin başçısı, cənab Prezident İlham Əliyevə minnətdarlıq bildirir.