Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənt

24.08.2023 [16:51]

Xəbərin mətni

Bu qədim şəhər ölkənin cənubunda Sayram oazisində yerləşir. Alimlər və arxeoloqlar şəhərin ən azı 2000 yaşı olduğunu deyirlər. Bu gün Çimkənt Qazaxıstanın turizm mərkəzlərindən biri hesab olunur. Ölkənin cənubi hissəsində bir çox turizm marşrutları məhz buradan başlayır. Burada ilin 300 günü isti olur. Şəhərin təkcə havası yox, insanları da isti və qonaqpərvərdir.