Zərdab rayonunda 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
24.08.2023 [18:15]
Zərdab rayonunun Ağabağı-Kəndəbil-Şıxbağı-Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri aparılır.
13 km uzunluğa malik Ağabağı-Kəndəbil-Şıxbağı-Nəzəralılı avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.