CƏMİYYƏT


31 ildən sonra doğma yurda dönənlər - Zabuxlular üçün unudulmaz gün

Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə - 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.