Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanda dizel yanacağıyla işləyən avtomobillərə qadağa qoyulacaq?

25.08.2023 [13:11]

Avropanın aparıcı ölkələrindən sonra artıq Qazaxıstanda da dizellə işləyən avtomobillərin istismarı qadağan edilir.  Layihənin məqsədi ətraf mühiti qorumaq və ekoloji tarazlığı bərpa etməkdir. Nəzərə alsaq ki, Bakı şəhərində istifadə edilən yük və sərnişin avtomobillərinin xeyli hissəsi dizel yanacağı ilə işləyir, bu zaman qadağanın ölkəmizdə də tətbiq olunub olunmayacağı maraq doğurur.  Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, hazırda dizel yanacağıyla işləyən avtomobillərdən istifadənin qadağan olunmasıyla bağlı heç bir məlumat yoxdur.