Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP piyadalara müraciət edib

25.08.2023 [14:55]

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, yol qəzaları, o cümlədən piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələri təkcə ayrı-ayrı fərdlərə deyil, bütövlükdə cəmiyyətə maddi və mənəvi itkilər hesabına başa gəlir.