CƏMİYYƏT


Tərtərdə şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirilib

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssislərinin 200-ə yaxın qazi və şəhid ailəsi üzvlərinin müayinəsini həyata keçirəcəyini qeyd edib. Onların müayinəsi və müalicəsi üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlardan istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20-dən artıq tibb heyəti Tərtərə ezam olunub.