Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN Sumqayıtda yanğın-taktiki təlim keçirib

26.08.2023 [12:44]

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Dövlət Universitetində “İnzibati binalarda baş vermiş yanğın hadisələrinin söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd şəhər ərazisində yerləşən çoxmərtəbəli binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.