CƏMİYYƏT


Bakı aeroportunda “Ən tez xidmət” yaradıldı

Bakıda hava limanında quraşdırılan “Ən tez xidmət” adlı bu yeni aparat əsasən ölkədən çıxmağınıza əngəl törədən bir çox səbəblərin operativ şəkildə aradan qaldırılması üçün yaradılıb. Ədliyyə sahəsində xidmətlər baş idarəsinin baş məsləhətçisi Zaur Həsənov bildirdi ki, Ən tez Xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng xidməti deməkdir və ilk dəfə 3 saylı Bakı Dost Mərkəzində yaradılıb. Hava Limanında quraşdırılan bu bu yeni aparat isə sayca 2-cidir və bu xidmət vasitəsilə vətəndaşlar notariat, vətəndaşlıq vəziyyətlərinin dövlət qeydiyyatı və digər bir neçə prosedurdan yararlana biləcəklər.