CƏMİYYƏT


Sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolu bağlanıb

Avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış hazırda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yolu hər iki istiqamətə bağlayıb.
Bəzi avtomobillər sel suları altında qalıb.