CƏMİYYƏT


Bakı-Şamaxı-Yevlax yolu bağlandı - yolda polis postları quruldu

Avqustun 26-da günün ikinci yarısından Göyçaya yağmağa başlayan güclü leysan xarakterli yağış hazırda bir sıra fəsadlar törədib. Gələn sel suları səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Qaraməryəm kəndindən keçən hissəsində yolu hər iki istiqamətə bağlayıb. Bəzi avtomobillər sel suları altında qalıb.