CƏMİYYƏT


Sumqayıtda bir ayda sürücülərə 50 minə yaxın cərimə yazılıb

 Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində şəhər ərazisində növbəti profilaktik tədbir keçirilib. Tədbir zamanı atmosferi normadan artıq çirkləndirən avtomobillərin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb. Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 40 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.