Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
28.08.2023 [16:54]
Xəbərin mətni
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib, əklil və gül dəstələri qoyub, xatirələrinə ehtiram nümayiş etdirib.