CƏMİYYƏT


Qazaxıstana sürgün edilən azərbaycanlılar REPORTAJ

Onlar, 86 il əvvəl, 1937-ci ildə Stalinin qanlı repressiyasının qurbanlarıdır. Onlar, nənə-babaları Azərbaycandan Qazaxıstana sürgün edilən azərbaycanlılardır.
Onlar nə qədər uzaq olsalar ürəkləri hələ də Azərbaycanla döyünür. 44 Günlük Vətən Müharibəsində də həyacanla torpaqlarımızın işğaldan azad olunması xəbərini gözləyiblər və Azərbaycanın tarixi zəfərindən sonra hətta qurban kəsdiklərini deyirlər.