CƏMİYYƏT


İctimai Televiziya 18 yaşını qeyd edir

2005-ci ildən fəaliyyətə başlayan İctimai Televiziya bu günədək öz missiyasını layiqincə yerinə yetirib. Yayıma başladığı ilk gündən Azərbaycan teleməkanına yeni nəfəs gətirən İTV, 18 il ərzində zəmanə ilə ayaqlaşdı, inkişaf etdi və elə bu səbəbdən də auditoriyanın böyük rəğbətini qazanmağı bacardı. Maarifləndirmək, məlumatlandırmaq, faydalı olmaq isə kanalın dəyişməyən TV qanunu oldu.