Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam-Xankəndi yolunda gecələmək üçün çadırlar qurublar

29.08.2023 [20:48]

Xəbərin mətni

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Ağdam-Xankəndi yolunda gecələyəcəklər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolunun üzərindəki postu ilə üzbəüz istiqamətdə çadırlar quraşdırılıb. Həmin çadırlarda AzQAC əməkdaşları, könüllülər gecələyəcəklər.