CƏMİYYƏT


Şəkidə iki kəndi sel suları basdı

Şəki rayonunun Cəyirli və Şəki kəndlərinə yaxın dağlıq ərazilərə güclü yağış yağması nəticəsində ərazidən keçən Əlicançayda suyun səviyyəsi qalxıb. Bu zaman çayın qollarının axıdığı kanallar da daşqın əmələ gəlib və Şəki kəndinin bir küçəsini su basıb.
Digər tərfdən Əlicançayda sel-suların gətirdiyi ağac qırıntıları Yevlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması ilə nəticələnib. Və həmin yağış suları da Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Nəticədə sel sular kənd daxili yolları həmçinin sakinlərinin həyatyanı sahəsini və evlərə dolub.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə əraziyə yaxınlıqdakı Turan qəsəbə Dövlət Yanğından Mühafizə hissəsinin teznika və canlı qüvvəsi cəlb edilib. Yerli icra və bələdiyyə orqanları əməkdaşlarının da iştirakı ilə fəsadlar aradan qaldırılır.