CƏMİYYƏT


Şəkidə sel ciddi fəsadlar törətdi

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayət olunub. Leysan yağışları Oğuzla Şəkinin sərhəd kəndlərində bir sıra ciddi fəsadlar əmələ gətirib. Şəkinin eyni adlı Şəki kəndində isə suvarma kanalının daşması nəticəsində 150 yaxın ev təsərrüfatına ziyan dəyib.