CƏMİYYƏT


Aydın Mirzəzadə: Ermənilər hər zamanki kimi xuliqanlığa və yaramazlığa əl atır

Ermənilərin Azərbaycanın Livandakı səfirliyinə hücum etməsi bir daha onların siyasi mədəniyyətinin kasadlığını göstərdi. Bu gün Ermənistan Azərbaycan həqiqətlərinə və apardığı siyasətə qarşı hər hansı bir konstruktiv siyasət ortaya qoya bilmir. Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib. O qeyd edib ki, səfirliyimizə olunan bu hücumda Livan Hakimiyyət orqanları da məsuliyyət daşıyır.