"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib
31.08.2023 [22:37]
Xəbərin mətni
"Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offun cavab oyununda Sloveniya "Olimpiya"sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.