CƏMİYYƏT


Mobil nömrələrimizə gələn reklam mesajlarını necə dayandırmaq olar?

Hər zaman olmasa da, tez-tez mobil nömrələrimizə müxtəlif şirkətlər, geyim markaları və tibbi klinikalardan reklam xarakterli mesaj və zənglər gəlir. Bəzən bu zənglərdə edilən təklif olunan xidmətlərə “yox” cavabı verdiyimiz halda belə, bu dəfə də fərqli nömrədən eyni məzmunlu mesajlar gəlməyə başlayır. Hüquqşünas Emil Aslanovun sözlərinə görə mobil nömrə istifadəçilərinin məlumatları reklam məqsədilə olsa belə 3-cü şəxs və şəxslərə yalnız o abunəçilərin yazılı razılığı əsasında verilə bilər. Bununla bağlı telekommunikasiya haqqında qanunda konkret maddə də mövcuddur.