CƏMİYYƏT


Kəlbəcərdə minalarla bağlı İşçi qrupun iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti səyyar iclası Kəlbəcər rayonunda keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb edilmiş qurumlar tərəfindən illik tədbirlər planına uyğun həyata keçirilən işlərin gedişatı barədə məlumat verib. Habelə, mina təhlükəsi ilə mübarizə fəaliyyətində qurumların birgə təmizləmə layihələrinin icrasının, Agentlik tərəfindən aparılan monitorinq və keyfiyyətə nəzarət yoxlamalarının keçirilməsinin vacibliyini vurğulayıb.