CƏMİYYƏT


Siyəzəndə minik maşınları toqquşub, ölənlər var

Sentyabrın 1-də səhər saatlarında Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində iki minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan 2 nəfər ölüb, 7 nəfər yaralanıb.