SİYASƏT
Qanunsuz erməni silahlıları xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq edib
02.09.2023 [10:21]
Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.
25.09.2023 [21:50]
25.09.2023 [19:02]
25.09.2023 [18:57]
25.09.2023 [18:16]
25.09.2023 [16:10]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
23.09.2023 [10:23]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
13.09.2023 [12:42]