Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçına qayıdan şəhid xanımı: Şəhidlər xiyabanına gedib, ona söz verdim ki, mən ölənədək onun işığını bu evdə yandıracam

02.09.2023 [11:29]

Laçına qayıdanlardan biri də şəhid kəşfiyatçı Rəsul Şahverdiyevin ailəsidir. Doğulduğu Laçını 36 yaşında tərk edən İntizar xanım, Laçın, Kəlbəcər və  Daşkəsən rayonunun Zivlər-Qaraqollar kəndəri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərən ömür gün yoldaşı ilə birlikdə yaşadıqları günlərindən göz yaşları ilə danışdı. Həyatına qaldığı yerdən davam edəcəyini deyən, İntizar ananın dolub, boşalan gözləri sanki hər yerdə şəhid Rəsulunu axtarırdı.