Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zabux sakinləri doğma yurda qayıdışın sevincini yaşayır

04.09.2023 [11:02]

Xəbərin mətni

Laçın rayonunun Zabux kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər. 2023-cü il avqustun 25-də Zabuxa ilk köç karvanı ilə gəlmiş  kənd sakinləri buradakı şəraitdən və doğma kəndə dönüşdən məmnundurlar. Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.