Balakəndə dağlarda əməliyyat keçirilib, 9 nəfər tutulub
04.09.2023 [13:10]
Xəbərin mətni
Balakən rayonunda Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib. Keçirilən əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.