CƏMİYYƏT


FHN-in xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb

Bu gün günorta saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində 1 nəfər 3 mərtəbəli binanın 3-cü mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat verilib. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, xilasedicilər tərəfindən vətəndaşla yaxın məsafədən müvafiq psixoloji söhbətlər aparılıb. Eyni zamanda, binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görülüb.