Şamaxı Üzüm və Şərab Festivalına hazırlaşır
04.09.2023 [19:04]
Xəbərin mətni
Sentyabrın 29-30-da və oktyabrın 1-də Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 3 gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.