Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

27 illik işğal tarixi - Şahbulaq qalasından REPORTAJ

04.09.2023 [19:45]

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində yaşayış yeri kimi istifadə olunsa da, sonradan təkcə gözətçi məntəqəsi kimi istifadə olunub.
Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub. Qalanın yanında xanın iqamətgahı yerləşirdi. Yığcam quruluşlu bu qala düzbucaqlı biçimdədir və onun bayır divarları dairəvi və yarımsilindrik bürclərlə möhkəmləndirilib.